Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 30-31-də Qusarın Ləzə kəndi yaxınlığında donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulan buzadırmanma üzrə doqquzuncu açıq respublika çempionatının vaxtı ölkə ərazisində müşahidə olunan mülayim hava şəraiti ilə əlaqədar dəyişdirilib.
SİA-nın məlumatına görə, FAIREX-in ekspedisiya qrupu yarış qabağı donmuş şəlaləyə baxış keçirib. Baxış zamanı mütəxəssislər tərəfindən buzun keyfiyyətinin yarışın keçirilməsi üçün məqbul olmadığı qənaətinə gəlinib. Buna səbəb yüksək dağlıq yerlərdə, o cümlədən yarışların keçiriləcəyi Ləzə ərazisində qar-buz təbəqəsinin əriməsi, onların dayanıqlığının azalması olub.
FAIREX-in təşkilat komitəsinin yarışla bağlı keçirdiyi yığıncaqda aparılan müzakirələrdə çempionatın əsasnaməsinin ikinci bəndi rəhbər tutularaq, turnirin münasib hava şəraiti olduğu təqdirdə keçiriləcəyi barədə qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB