Zlatan İbrahimoviçin məvacibi artırıldı

Paris klubu ulduz futbolçu ilə müqaviləsini yeniləməsə də, ona məvacibini artırmaqla jest edib
Zlatan İbrahimoviçin məvacibi artırıldı

Zlatan İbrahimoviçin PSG ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Paris klubu ulduz futbolçu ilə müqaviləsini yeniləməsə də, ona məvacibini artırmaqla jest edib. Təcrübəli hücumçu müqaviləsinin son aylarında həftəsinə 1.5 milyon avro qazanacaq. Müqayisə üçün qeyd edək ki, əvvəl bu göstərici 800 min avro idi.

Bununla da Zlatan yenidən Fransa çempionatında ən ödənişli oyunçu statusunu yaxşılaşdırıb.

Eyni zamanda isveçli forvard ÇL-da və Fransa çempionatındakı performansı və qollarına görə əlavə bonuslar qazana biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə