Yunan-Roma güləşi yığmasının məşqindən videoçarx

Yunan-Roma güləşi yığmasının məşqindən videoçarx

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirirlər. SİA-nın məlumatına görə, yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri yanvarın 18-dən təlim-məşq toplanışına başlayıb. Məşqlərdə komandanın 27 üzvü iştirak edir. Təlim-məşq toplanışının ardından pəhləvanlarımızın Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə