Yığmamız turnirdə ikinci qələbəsini qazanıb

Yığmamız turnirdə ikinci qələbəsini qazanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" turnirində ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanının U-20 yığması ilə qarşılaşan yığmamız qələbə qazanıb - 3:0.

Oyunda hesabı 8-ci dəqiqədə penalti zərbəsindən fərqlənməklə Namiq Ələsgərov açıb. 10 dəqiqə sonra 11 metrlik cərimə zərbəsini Elnur Cəfərov dəqiq yerinə yetirməklə komandamızın üstünlüyünü 2 topa çatdırıb. 77-ci dəqiqədə Namiq Ələsgərov oyunun yekun hesabını müəyyənləşdirən qolu vurub.
Yığmamız turnirdə növbəti oyununu yanvarın 26-da, Bakı vaxtı ilə saat 13:00-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə