Azərbaycanın "Baku Fires" komandası Dünya Boks Seriyası (WSB) Liqasının VI mövsümündə ilk görüşünü keçirib. Komandamız yanvarın 23-də Qazaxıstanın Karaqanda şəhərində Sapiyev Boks Mərkəzində yerli "Astana Arlans" klubu ilə qarşılaşıb. Ötən il liqanın qalibi olan Qazaxıstan təmsilçisi cari mövsümdə də iddialıdır.
Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə "Astana Arlans" komandası 4:1 hesabı ilə qalib gəlib. "Baku Fires"in heyətində yalnız Badri Xardziani görüşünü qələbə ilə tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB