Bu gün AFFA və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən "CBC Sport Kuboku" turnirində V tura start verilib. Bayıl stadionunda AZAL "Neftçala" ilə dueldən 3:1 hesablı qələbə ilə ayrılıb. Paytaxt təmsilçisinin qollarını Aleksandr Quruli, Məhəmməd Bədəlbəyli və Murad Səttarlı vurub. "Neftçala"nın heyətində isə Aqşin Həşimov fərqlənib.
Turnirə yanvarın 24-də yekun vurulacaq. Bayıl stadionunda start götürəcək MOİK - "Şərurspor" oyunundan sonra turnirin qalibinə mükafat təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB