Yanvarın 29-da Novxanı qəsəbəsindəki "Sərhədçi" Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə M*-S** kateqoriyalı yarış keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın ümumi mükafat fondu 5 min manatdır.
Yerli hakimlər kollegiyasının nəzarət edəcəyi yarışda müxtəlif klubların idmançıları "Sərhədçi kuboku" uğrunda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB