Yığmamız turnirə qələbə ilə başlayıb

Yığmamız turnirə qələbə ilə başlayıb

"Antalya Cup" turnirində iştirak edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib. SİA-nın məlumatına görə, komandamız Ukraynanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan yığmamızın hər iki qolunu Namik Ələskərov vurub.

U-21 turnir çərçivəsində növbəti oyununu yanvarın 24-də, Bakı vaxtı ilə saat 17.00-da Səudiyyə Ərəbistanının U-20 yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə