Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, birincilikdə "Neftçi", "Qəbələ", "Atilla" İKİB, 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM), 10 saylı Uşaq Gənclər İdman Məktəbi (UGİM), "Lokomotiv" İSM, Fövqəladə Hallar, "Turan" İK, "Judo Club 2012", "Bakı Cüdo" Klubu, 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Mərkəzi Ordu İdman Klubu (MOİK) və bir çox digər klubları təmsil edən idmançılar müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıblar.
Nəticələrə görə, kişilər arasında arasında 55 kq çəki dərəcəsində Naib İsmayılov (Atilla İKİB), 60 kq çəki dərəcəsində Fərid Qardaşxanov (Neftçi İKİB), 66 kq çəki dərəcəsində Yusif Heydərov (Lokomotiv İSM), 73 kq çəki dərəcəsində Çingiz Əhmədov (Qəbələ), 81 kq çəki dərəcəsində Coşqun Abdullayev (Atilla İKİB), 90 kq çəki dərəcəsində Aslan Mirzəyev (Neftçi İKİB), 100 kq çəki dərəcəsində Famil Gülüzadə (İOEUGİM-13), +100 kq çəki dərəcəsində Məhəmmədəli Babayev (Qəbələ), qadınlar arasında isə 70 kq çəki dərəcəsində İzafət Abdullayeva (UGİM-10), 78 kq çəki dərəcəsində Nərminə Əlizadə (Qəbələ) I yerə layiq görülüblər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB