İspaniyanın "Barselona" klubunun və Argentina yığmasının oyunçusu Lionel Messi vergi ödəməkdən yayındığına görə məhkəmə qarşısında dayanmalı olacaq. Bu barədə AFP agentliyi məlumat yayıb. TASS informasiya agentliyi xəbər verir ki, məhkəmə iclası mayın 31-də Barselonada keçiriləcək.
Xatırladaq ki, prokurorluq hələ 2013-cü ildə Lionel Messi və onun atası Xorxe Orasio Messiyə qarşı vergidən 4,1 milyon avro vəsaiti yayındırmaq barədə iddia qaldırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB