“İnter” “Slovan” komandası ilə qarşılaşıb

“İnter” “Slovan” komandası ilə qarşılaşıb

Antalyada təlim-məşq toplanışında olan Bakının "İnter" futbol klubu yanvarın 19-da hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununu keçirib.Bakı təmsilçisi Slovakiyanın "Slovan" klubu ilə qarşılaşıb. Görüş "Slovan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "İnter" əvvəlki yoxlama oyunlarında Almaniyanın "Verder" klubunun ikinci, daha sonra isə əsas komandasına 0:1 hesabı ilə uduzmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə