Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" futbol klubu ilk yoxlama oyununu keçirib. "Qəbələ" Almaniyanın üçüncü liqa təmsilçisi "Osnabryuk" klubu ilə qarşılaşıb.
"Gloria" məşq meydançasında keçirilən görüş komandamızın üstünlüyü şəraitində keçib. Lakin "qırmızı-qaralar" ilk yarıda rəqibin qapısına yol tapa bilməyib. Matçda ilk qol qarşılaşmanın 57-ci dəqiqəsinə təsadüf edib. "Qəbələ"nin Bosniya və Herseqovinadan olan hücumçusu Ermin Zets hesabı açıb – 1:0.
Hər iki komanda matçın gedişində çoxsaylı əvəzetmələrdən istifadə edib. Görüşün 83-cü dəqiqəsində matçda ikinci qol vurulub. Almaniya təmsilçisi hesabı bərabərləşdirib və "Osnabryuk"un heyətində Pisot fərqlənib. Bundan sonra qarşılıqlı hücumlarla keçən görüşdə hesab dəyişməyib.
Beləliklə, 2016-cı ildə ilk matçını keçirən "Qəbələ" "Osnabryuk" klubu ilə sülh bağlayıb – 1:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB