Naxçıvan şəhər açıq birinciliyinə yekun vuruldu

Naxçıvan şəhər açıq birinciliyinə yekun vuruldu

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 80-dən çox idmançı mübarizə aparıb. Çəkisiz olaraq 5 yaş qrupu üzrə təşkil edilən yarış beynəlxalq qaydalar əsasında keçirilib.

Yekun nəticəyə görə, 8-9 yaş qrupunda Seyran Quluzadə, 10-11 yaş qrupunda Vüsal Seyidov, 12-13 yaş qrupunda Murad Həsənəliyev, 14-15 yaş qrupunda Sərcan Məmmədov və 16-17 yaş qrupunda Abbas Qasımov bütün görüşləri qalib kimi başa vuraraq, birincilikdə ən yüksək zirvəni fəth ediblər.

Sonda ilk 3 pillədə qərarlaşan idmançılar diplomlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr edilmiş birinciliyi keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etmək, muxtar respublikada fəaliyyət göstərən və federasiyanın tərkibində olan klubların işini gücləndirməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə