Güləşçilərimiz Təxti Kuboku turnirində 2 medal qazanıblar

Güləşçilərimiz Təxti Kuboku turnirində 2 medal qazanıblar

İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçirilib. SİA-nın məlumatına görə, turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mübarizə aparıb. Güləşçilərimiz turniri 2 bürünc medalla başa vurublar.

İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimizdən Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb və turnirin bürünc medalına yiyələnib.

İkinci yarış günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimizdən isə Mircəlal Həsənzadə (57 kq) bürünc medal qazanıb.

Turnirin görüşlərinin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə