Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən "Zirə" artıq ilk mərhələni başa vurmaq üzrədir. SİA-nın məlumatına görə, baş məşqçi Adil Şükürovun yetirmələri bu gün yoxlama oyununa çıxacaqlar. Əvvəlcə bu tarixə "Traktor Sazi" ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi səbəbindən proqramda dəyişiklik edilib. Belə ki, "Zirə" bu gün Qazaxıstanın "Ordabasi" klubu ilə üz-üzə gələcək. Bələkdə "Kaya" otelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da başlayacaq. Həmçinin, "Zirə"nin yanvarın 19-da qarşılaşacağı rəqibinin də adı məlum olub. Belə ki, "Qartallar" Almaniyanın Regional Liqası təmsilçilərindən "Optik"lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə "Zirə" Rumıniyanın "Tırqu-Mureş" klubu ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB