Almaniya millisində 2015-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Almaniya Futbol Federasiyasının saytının yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil ötən ilin ən yaxşısı seçilib. O, səslərin 45.9 faizini toplayıb. Tomas Müller ikinci (15.9), Yonas Hektor (13.6) üçüncü olub.
Qeyd edək ki, M.Özil son beş ildə dördüncü dəfə bu mükafatı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB