AZAL "Neftçi" ilə qarşılaşdı

"CBC Sport Kuboku" turnirinə start verilib. SİA-nın məlumatına görə, AZAL klubu "Neftçi" ilə qarşılaşıb. "Bayıl Arena"da baş tutmuş görüş 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Oyunda yeganə qolu 39-cu dəqiqədə Araz Abdullayev vurub.

Qeyd edək ki, AFFA, Peşəkar Futbol Liqası və "CBC Sport" kanalının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Topaz Premyer Liqasından "Neftçi" və AZAL, I Diviziondan isə MOİK, "Neftçala" və "Şərurspor" klubları iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə