Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Quba şəh, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 14-dən 18-dək saat 09:00-18:00 arası aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba - 050-200-27-37;

070-202-27-37

Qusar - 055-435-76-16;

070-317-24-13

Siyəzən - 050-569-43-76

Şabran - 050-351-79-05;

055-612-26-62

Xaçmaz - 050-270-80-60

Bütün xəbərlər Facebook səhifəmizdə