“Kəpəz” ilk yoxlama oyununda darmadağın etdi

“Kəpəz” ilk yoxlama oyununda darmadağın etdi

Mövsümün ikinci yarısı üçün hazırlığı davam etdirən "Kəpəz" toplanış müddətində ilk yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, Yevlaxda məskunlaşan "sarı-göylər" əvəzedici heyətlə qarşılaşıblar. Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun ilk yarısında Bəxtiyar Soltanov, Azad Kərimov, Ceyhun Cavadov, fasilədən sonra isə Budaq Nəsirov və iki dəfə Julien Ebah fərqlənib.

Qeyd edək ki, hər iki komandanın baş məşqçisi hər hissədə fərqli heyətə şans verib.

Bütün xəbərlər Facebook səhifəmizdə