“Xəzər Lənkəran”ın baş məşqçisi istefa verib

“Xəzər Lənkəran”ın baş məşqçisi istefa verib

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov vəzifəsindən istefa verib. SİA-nın məlumatına görə, mütəxəssisin istefası rəhbərlik tərəfindən qəbul olunub.

Qeyd edək ki, mütəxəssis baş məşqçi vəzifəsindən istefa versə də klubdan ayrılmayıb. O, bundan sonra "Xəzər Lənkəran"ının idman direktoru vəzifəsində çalışacaq. Əsas heyəti isə əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov çalışdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə