Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür. SİA-nın məlumatına görə, bu gün Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanın üzvləri, idman icmaiyyətinin nümayəndələri, eləcə də Vüqar Həşimovun ailəsi mərhum şahmatçının məzarını ziyarət edib, heykəli önünə gül dəstəsi qoyublar.
Anım mərasimində Vüqar Həşimovun karyerası haqda danışılıb. Eyni zamanda qeyd olunub ki, hər ilin aprel ayında Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. 2016-cı ildə də həmin turnirin keçirilməsi üçün lazımi işlər görüləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB