Dünyaca məşhur fransız futbolçusu Frank Riberinin dəyəri sürətlə düşür.
SİA xarici mətbuata istinadən xəbər verir ki, bir çox məşhur dünya klublarının şərəfini qorumuş fransız ulduz 2015-ci ilin mart ayından bu yana aldığı arda-arda zədələrlə 46 oyunda iştirak edə bilməyib.
2010-cu ildə dəyəri 50 milyon avro olan futbolçunun bu gün qiyməti 15 milyon avroya qədər düşüb.
Zədələri və yaşının da 32-yə çatması ulduz futbulçunun gələcək kariyerasını sual altında qoyur. 2012-2013-cü illərdə sərgilədiyi möhtəşəm oyun performansı ilə UEFA tərəfindən "İlin futbolçusu" seçilmiş Riberi belə davam edəcəyi təqdirdə sezon sonunda hazırda şərəfini qoruduğu Bayer Münih komandasından göndəriləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB