Şahmat çempionatında ikihakimiyyətlilik

Şahmat çempionatında ikihakimiyyətlilik

Avstraliyanın Melburn şəhərində şahmat üzrə açıq ölkə çempionatı davam edir. Çempionatda 34 şahmatçı, o cümlədən Azərbaycan şahmatçısı Kənan İzzət iştirak edir. Səkkiz turdan sonra hərəyə 6,5 xal toplayan Kənan İzzət və Bobbi Çen (Avstraliya) liderdirlər. Yerli şahmatçı Karl Zelesko və rusiyalı qrossmeyster Vasili Papin liderlərdən yarım xal, Ceyms Morris (Avstraliya) və Luk Li (Yeni Zelandiya) bir xal geri qalırlar.

Doqquzuncu turda Azərbaycan şahmatçısının rəqibi Avstraliyanı təmsil edən beynəlxalq usta Anton Smirnov olacaq.

İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarətdir.

Xatırladaq ki, şahmat üzrə açıq Avstraliya çempionatı Melburn Şahmat Klubunun 150 illiyinə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə