FİFA transfer qadağasını ləğv edib

FİFA transfer qadağasını ləğv edib

FİFA "Xəzər-Lənkəran" futbol klubuna məktub göndərib. Məktubda ali qurum tərəfindən "Xəzər-Lənkəran"a tətbiq olunan transfer sanksiyasının ləğv olunduğu bildirilir.

Sözügedən qərar artıq yanvarın 8-dən etibarən qüvvədən düşüb. Belə olan halda, "Xəzər-Lənkəran" bundan sonra istədiyi futbolçunu transfer edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə