"Sumqayıt" FK Vaqif Cavadovla müqavilə imzalayıb

"Sumqayıt" FK Vaqif Cavadovla müqavilə imzalayıb

"Sumqayıt" klubu daha bir futbolçunu heyətinə qatıb. SİA-nın məlumatına görə, son olaraq "Qəbələ"də oynamış yığmamızın üzvü Vaqif Cavadov mövsümün sonuna qədər "Sumqayıt"da çıxış edəcək. 26 yaşlı futbolçu "Sumqayıt" FK-da 70 nömrəli formanı geyinəcək.

2006-cı ildən Azərbaycan millisinin formasını geyinmiş Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə