Dövrələrarası fasilə müddətində "Xəzər Lənkəran" qış təlim-məşq toplanışını Vətəndə keçirəcək. SİA-nın məlumatına görə, komanda bu gün Lənkərandakı bazasında bir araya gələrək toplanışa start verəcək. Heyət saat 16.00-da ilk məşqinə çıxacaq.
Yunis Hüseynovun rəhbərliyi altında yanvar ayının 13-ə qədər Lənkəranda hazırlaşacaq "Xəzər Lənkəran" daha sonra məşqlərini paytaxt Bakıda davam etdirəcək. Komandanın yoxlama oyunları barədə isə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB