Reytinq cədvəlində bir pillə irəlilədik

Reytinq cədvəlində bir pillə irəlilədik

FİFA futbol üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə irəliləyib. Hazırda 296 xala malik yığmamız 116-cı pillədə qərarlaşıb. Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin baş məşqçisi olduğu yığmamız 2015-ci ilin son ayında açıqlanan siyahıda 296 xalla 117-ci olmuşdu.

Siyahıya 1494 xalla Belçika başçılıq edir. Argentina 1455 xalla ikinci, İspaniya 1370 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 4-də açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə