Bazeldə keçirilən beynəlxalq şahmat festivalı başa çatıb. SİA-nın xəbərinə görə, festivalın Masters turnirində Azərbaycan nümayəndəsi qrossmeyster Arkadi Naydiç 7 mümkün xaldan 5,5 xal toplayaraq qalib gəlib.
Adriyen Demyut, Bilel Bellasen (hər ikisi – Fransa), Artur Paypers (Hollandiya), Mixac Stoyanoviç (Serbiya), Tit Stremaviçyus (Litva), Andreas Hayman, Yan Mik Şprenqer (hər ikisi - Almaniya) və Yuliya Şvayqer (İsrail) liderdən yarım xal geri qalıblar
Sonuncu turda qara fiqurlarla oynayan Azərbaycan nümayəndəsi serbiyalı qrossmeyster Mixac Stoyanoviçə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB