Yanvarın 5-də qış hazırlıgına start verəcək AZAL ilk transferini gerçəkləşdirib. Klubun mətbuat xidmətindən verilən xəbərə görə, dünən klubun bazasında iki illik müqaviləyə imza atan Eltun Hüseynov yeni ildə AZAL-a cəlb olunan ilk futbolçu olub.
Mövsümün birinci yarısını "Zirə"də keçirən gənc müdafiəçi əslində bu komandaya yad sima deyil. Hələ yayda baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan Hüseynovun sənədlə baglı problem üzündən AZAL-a keçidi baş tutmamışdı. "Bakı" klubu onun transfer vərəqini verməkdən imtina etmiş, sonradan 1993-cü il təvəllüdlü Eltun "Zirə"yə keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB