Bakının qadınlardan ibarət "Azəryol" klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki ilk oyununun hakimləri müəyyənləşib. Bakı təmsilçisi yanvarın 19-da Polşada "Muşina" komandasının qonağı olacaq. Görüşü baş hakim, rusiyalı Aleksandr Pavlov idarə edəcək. Ona danimarkalı həmkarı Enqborq Morten Klein kömək edəcək.
Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste" və Finlandiyanın "Salo" klublarını yarışdan kənarlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB