"Qatar Masters Open 2015" beynəlxalq şahmat turnirinin başa çatmasına 2 tur qalıb. SİA-nın məlumatına görə, 7-ci turda Hindistan təmsilçisi Şekhar Suriya Ganguli üzərində qələbəsindən sonra Şəhriyar Məmmədyarov aktivinə 5.5 xal yazaraq turnirə liderlik edir. 8-ci turda isə həmyerlimizin rəqibi hazırki dünya çempionu Maqnus Karlsen olacaq.
Qeyd edək ki, turnirdə Şəhriyar Məmmıədyarovla yanaşı, 30 ölkədən hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər. Yarış İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB