Bakıda maraqlı veloyürüş təşkil edilib. SİA-nın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası və həvəskarlardan ibarət "Cyclemania" velosiped klubunun təşkilatçılığı ilə paytaxt küçələrində Santa-Klausların veloyürüşü keçirilib. Dövlət Bayrağı Meydanından start götürən yürüşdə 100-ə yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.
Yürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB