Bakı İdman Sarayında keçirilən güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb. SİA-nın məlumatına görə, son yarış günündə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 96 güləşçi mübarizə aparıb.
75 kq-da Rüstəm Əliyev, 80 kq-da Emin Əhmədov, 85 kq çəkidə Rafiq Hüseynov, 98 kq-da Türmən Eyyubov və 130 kq çəki dərəcəsində Oyan Nəzəriani bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionu adını qazanıb.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilib və tam dəst idman geyimi ilə təmin olunub.
|
75 kq FİNAL Rüstəm Əliyev - Şəmistan Quluzadə 5:1 Bürünc medal görüşü Elməddin Ramazanov - Hacımurad Bağmanov 3:5 Əmrah Mazanov - Murad Gözəlov 4:2 1/2 final Rüstəm Əliyev - Hacımurad Bağmanov 8:0 Murad Gözəlov - Şəmistan Quluzadə 0:5 |
80 kq FİNAL Emin Əhmədov - Fuad Əliyev 5:0 (təmiz qələbə) Bürünc medal görüşü Cavid İbrahimli - Maqomedali Maqomedaliyev 2:10 Nurlan Məmmədov - Nicat Abdullayev 2:6 1/2 final Emin Əhmədov - Maqomedali Maqomedaliyev 6:1 Fuad Əliyev - Nicat Abdullayev 9:0 |
|
|
85 kq FİNAL Rafiq Hüseynov - İslam Abbasov 5:4 Bürünc medal görüşü Şəhriyar Məmmədov - Tural Tağıyev 10:0 Xoçbar Xalayev - Orxan Qəhdiranov 3:9 1/2 final Rafiq Hüseynov - Tural Tağıyev 10:0 Orxan Qəhdiranov - İslam Abbasov 0:8 |
98 kq FİNAL Türmən Eyyubov - Həmzət Yusupov 2*:2 Bürünc medal görüşü Kamran Bədəlov - Əli Həsənov 0:8 Mehdi Kərimi - Omar Mankiyev 2:2* 1/2 final Türmən Eyyubov - Əli Həsənov 8:0 Həmzət Yusupov - Omar Mankiyev 3:2 |
|
|
130 kq FİNAL Qoşa Davitadze - Oyan Nəzəriani 0:8 Bürünc medal görüşü Hüseyn Quliyev - Musa Mirzəyev 0:8 Anton Botev - Həmid Əhmədi 3:5 1/2 final Qoşa Davitadze - Musa Mirzəyev 8:0 Həmid Əhmədi - Oyan Nəzəriani 0:8 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB