"Azərbaycanda kişilər arasında güləş ənənəvi idman növüdür. Ancaq qadınlar arasında güləş və ya boks idman növləri dünyada yenilikdir. Hazırda Azərbaycanda bu növlərdə çıxış etmək qadınlar üçün ağır qəbul olunur". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında güləş idman növündə yığmamızın tərkibində əsasən legioner qızların mübarizə aparmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, buna baxmayaraq, hazırda məşqlərdə yerli qızlarımız da iştirak edirlər: "Təəssüf ki, bu növlərdə onlar yüksək nəticə göstərə bilmirlər. Ancaq zaman keçdikcə yerli qızlarımızdan da yüksək nəticələr gözləyəcəyik. Amma karate, cüdo kimi idman növlərində yerli qadın idmançılarımız normal çıxış edirlər. Müqayisə etsək, cüdo güləşdən nə ilə fərqlənir ki? Orada da qadınlar müabarizə aparırlar. Düşünürəm ki, bu gün bu məsələdə mentalitet önəmli deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB