Xəbər verdiyimiz kimi, dekabrın 18-dən etibarən Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirilir. SİA-nın məlumatına görə, bu gün başa çatmalı olan toplanışın müddəti dekabrın 30-dək artırılıb.
Xatırladaq ki, bu yaş qrupundan ibarət yığmamız 2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB