"Olimpiya Oyunlarına ağırlıqqaldırma üzrə qazanılan 4 lisenziya idmançılara yox, komandaya aiddir. Bu səbəbdən dopinq testdə 6 idmançımızın nəticələrinin müsbət çıxmasına görə lisenziyaları itirməmişik". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlmasında deyib. O qeyd edib ki, hazırda nazirlik idmançılarımızın dopinq sayılan maddələr qəbul edib-etmədiklərini müəyyənləşdirmək istiqamətində araşdırmalar aparır: "Azərbaycanda ilk olaraq Gənclər və İdman Nazirliyinin tərkibində dopinqə qarşı mübarizə sektoru yaradılıb. Bu sektor fəal işləyir. Daim bütün idmançılardan nümunələr götürülür və yoxlanılır. Birinci Avropa Oyunları zamanı da həmin sektor fəal işləyib. Bu sektorun işləri yüksək qiymətlənirilib. Hazırda idmançılarımızın qadağan olunmuş maddələr qəbul-edib etmədikləri araşdırılır".
Nazir bildirib ki, bəzi hallarda idmançılar özləri ümumi siyahıda qadağan olunan pereparatlar qəbul edirlər: "Ona görə biz dəfələrə federasiyalara müraciət edirik və tələb qoyuruq ki, idmançılar nazirliyin bu xidmətindən istifadə edərək daim yoxlamalardan keçsinlər. İşlər davam etdiriləcək. Buna son qoyulmalıdır".
A.Rəhimov dopinq sayılan maddələrin qəbul edildiyi təsdiq olunsa, günahkarların cəzalandırılacağını bildirib: "Bu, federasiyanın səlahiyyətindədir. Əgər idmançılarımızın qadağan olunmuş pereparatlar qəbul etdikləri öz təsdiqini tapsa, inanıram ki, cavabdeh olanlar, məşqçi, həkim və ya digərləri federasiya tərəfindən cəzalandırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB