Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və rayon Gənclər və İdman idarəsi tərəfindən Nərimanov rayon İcra Hakimiyyətinin akt zalında Bakı şəhər məktəblilərin XXVII spartakiadasının bağlanış və XXVIII spartakiadasının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Elnur Salmanov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, Bakı şəhəri üzrə rayon gənclər və idman idarələrinin rəisləri, rayon ictimaiyyəti, rayonun təhsil və idman təşkilatlarının rəhbərləri, fəal gənclər və şagirdlər iştirak ediblər.
Tədbiri aparan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bütün qonaqları salamlayaraq qeyd edib ki, Bakının mərkəzii rayonlarından biri olan Nərimanov rayonunda dövlətin gənclər və idman siyasəti layiqincə həyata keçirilir: "Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər".
Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov 2014-2015-ci tədris ili müddətində keçirlimiş Bakı şəhər məktəbliləri arasında XXVII spartakiadanın yekunları haqqında məruzə ilə çıxış edib.
Çıxış edən digər natiqlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Elnur Salmanov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və digər çıxışçılar ümumi XXVII spartakiadanın proqramına daxil olan idman yarışlarında qalib gəlmiş Nərimanov rayon Gənclər və İdman İdarəsini təbrik edərək idmanın inkişaf etdirilməsini və kütləviləşməsini, idman sahəsində gerçəkləşdirilən dövlət siyasətini, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsini, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirləri vurğulayıblar.
Sonda Bakı şəhər məktəblilərin XXVII spartakiadasının növləri üzrə qalib gəlmiş məktəblərin müəllimləri və ümumi spartakiada I, II və III yerləri tutmuş rayon idarələri mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB