AZAL-ın vitse-prezidenti Klublar Komitəsinin sədri seçilib FOTOLAR

AZAL-ın vitse-prezidenti Klublar Komitəsinin sədri seçilib FOTOLAR

Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Topaz Premyer Liqasında mübarizə aparan "Xəzər Lənkəran", "Qəbələ", "Neftçi", "İnter", "Sumqayıt", "Rəvan", "Kəpəz", "Zirə" və AZAL klublarının nümayəndələri, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov iştirak ediblər.

İclasın gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsindən sonra sədr Tuyqun Nadirov komitənin 1 illik fəaliyyəti barədə çıxış edib.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə