Tərlan Əhmədov planları açıqladı

Tərlan Əhmədov planları açıqladı

"Zirə" ilə oyundan sonra istirahətə yollanan AZAL klubunun qış hazırlıq planları dəqiqləşib. SİA-nın məlumatına görə, baş məşqçi Tərlan Əhmədov hazırlıq proqramını rəhbərliyə təqdim edib.

Üç mərhələdən ibarət təlim proqramına əsasən məşqlər gələn il yanvarın 5-də bərpa olunacaq. İlk gündə tibbi baxışdan keçiriləcək komandanın üzvləri ayın 6-da meydançaya çıxacaq. Birinci mərhələ yanvarın 10-da yoldaşlıq görüşü ilə yekunlaşacaq. 11-24 yanvar aralığında isə növbəti təlim-məşq toplanışına start veriləcək.

Bu müddət ərzində məşqlərlə yanaşı, ən azı 4 yoxlama oyunu da keçiriləcək. Artıq rəqiblərin axtarışına başlanılıb. Çox güman ki, AZAL hazırlıq dövründə ölkə xaricinə yollanmayacaq "Kəpəz"lə iki oyunda üz-üzə gələcək. Klublar arasında ilkin danışıqlar aparılır və bunun nəticəsindən asılı olaraq oyun tarixləri müəyyənləşəcək. Əgər "Sumqayıt" və "Rəvan" kimi elita klubları da Bakıda qalsalar, onda bu rəqiblərə də müraciət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə