31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AFFA və "Kəpəz" PFK İctimai Birliyinin əməkdaşları Gəncə şəhərindəki uşaq evində olublar. SİA-nın məlumatına görə, valideyn himayəsindən mərhum olan uşaqların bayramlarını təbrik edən tədbir iştirakçıları onlara hər iki qurum adından toplar və idman geyimləri hədiyyə ediblər. Qonaqlara dərin təşəkkürünü bildirən uşaq evinin kollektivi ilə sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB