Dekabrın 20-də Qətərin Doha şəhərində "Qətər Masters 2015" beynəlxalq şahmat turniri start götürüb. SİA-nın məlumatına görə, turnirdə təmsilçimiz Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər. Yarış İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.
Birinci turda Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Natalia Jukova üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazmağa müvəffəq olub. 2-ci turda isə həmyerlimizin rəqibi Sinqapur şahmatçısı Jonq Janq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB