Yığmamız Kaspiyskdən 2 medalla qayıdır

Yığmamız Kaspiyskdən 2 medalla qayıdır

Dağıstan Respublikasının Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.

76 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza 42 kq çəki dərəcəsində Tural Əsgərov qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə