"Barselona" dünya çempionudur

Bu gün Yaponiyada keçirilən klublararası dünya çempionatının qalibi müəyyənləşib. Həlledici görüşdə İspaniyanın "Barselona" klubu və Argentinanın "River Pleyt" klubu qarşılaşıb.

Oyun "Barselona" klubunun böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibinə 3 cavabsız qolla qalib gələn Kataloniya təmsilçisi dünya kubokuna sahib çıxıb.

Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə Yaponiyanın "Hiroşima" klubu "Quanqjou"nu (Çin) 2:1 hesabı ilə məğlub edib.

"River Pleyt" - "Barselona" - 0:3
Qollar: Messi, 36 (0:1), Suares, 49 (0:2), 68 (0:3)

Yaponiyada keçirilən klublararası dünya çempionatının finalında Argentinanın "River Pleyt" klubunu 3:0 hesabı ilə məğlub edən "Barselona" (İspaniya) dünya kubokuna sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə