AZAL klubu heyətini gücləndirib. SİA-nın məlumatına görə, bu barədə klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib. Bildirib ki, klub meksikalı futbolçu Adan Koronado ilə müqavilə bağlayıb. Onun sözlərinə görə, futbolçu yanvarın 6-da komandaya qoşulacaq.
Vitse-prezident vurğulayıb ki, daha bir neçə futbolçunun transferi gözlənilir: "Baş məşqçi Tərlan Əhmədov problemli mövqələrə bir-iki futbolçu alınmasını istəyib. İndi bunun üzərində çalışırıq. Namizədlər var. Transfer fəaliyyətimizi T. Əhmədovun verdiyi siyahı əsasında quracağıq. Danışıqlar getdiyi üçün açıqlama vermək bir qədər tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB