Rusiya və Türkiyə komandalarının UEFA Avropa Liqasında rəqib olmaları birincilərin etirazına səbəb olub. SİA-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiyanın idman naziri, eyni zamanda, ölkənin Futbol İttifaqının sədri Vitali Mutko Avropa Liqasının növbəti mərhələsində "Lokomotiv" (Moskva) ilə Türkiyənin "Fənərbağça" (İstanbul) komandalarının rəqib düşmələrindən narazılığını UEFA-ya bildirib.
Onun sözlərinə görə, UEFA-da apardığı müzakirələr zamanı qitənin ali futbol qurumunun nümayəndələri Rusiya ilə Türkiyə komandalarının qarşılaşmasında problem görmədiklərini bildiriblər:"Bu məsələ müzakirə edildi. Ancaq UEFA-nın bununla bağlı mövqeyi qətidir – onlar bu iki ölkənin komandalarının bir-birilərinə rəqib olmalarında problem görmürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB