"Bu il Azərbaycan idmanı üçün uğurlu il olub". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Qran Priyə həsr olunmuş mətbuat konfransında deyib. Azad Rəhimov qeyd edib ki, 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışmasına böyük maraq var: "Keçirilən sorğular bunu deməyə əsas verir. Respondentlərin çoxu bu yarışları dəstəkləyir və bilet satışının reallaşacağı günü səbirsizliklə gözləyirlər. Biz əminik ki, bu yarış çox maraqlı olacaq".
A.Rəhimov deyib ki, yarış keçiriləcək umumi trasın uzunluğu 6 km olacaq: "Yarış maşınları 51 dəfə həmin trası keçəcək. Tras Bakının maraqlı yerlərindən keçir. Yarışlar zamanı maşınların sürəti 340 km-ə qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı online fomada da keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB