Şevçenkonun səlahiyyətinə Mourinyonun qovulacağı halda yeni baş məşqçinin təyinatı da daxil olacaq
"Çelsi" klubu keçmiş hücumçusu Andrey Şevçenkoya rəhbərlikdə yer verməyi planlaşdırır. "Sky Sport Italia"nın verdiyi xəbərə görə, son vaxtlar müntəzəm olaraq London klubunun sahibi Roman Abramoviçlə "Çelsi"nin oyunlarını stadionda birlikdə izləyən 39 yaşlı ukraynalının idman direktoru təyin edilməsi gözlənilir.
Şevçenkonun səlahiyyətinə Mourinyonun qovulacağı halda yeni baş məşqçinin təyinatı da daxil olacaq. Belə olan halda komandaya müvəqqəti olaraq Marçello Lippi başçılıq edə bilər.
Şevçenko 2006-2009-cu illərdə "Çelsi"nin uğurları üçün tər töküb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB