Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Naxçıvan şəhər tam orta ümumtəhsil məktəblərinin komandaları arasında stolüstü tennis üzrə şəhər birinciliyi təşkil olunub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda iştirak edib. Komandaların tərkibi 2 oğlan, 1 qızdan ibarət olub.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb və komandalara uğurlar arzulayıb.
Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rauf Hüseynov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ruslan Quliyev çıxış edərək, yarışın məqsədi və keçirilmə qaydaları haqqında iştirakçılara ətraflı məlumat veriblər.
VIII-XI sinif şagirdləri arasında keçirilən yarışın yekununa əsasən, 3 saylı tam orta məktəbin komandası I yerə, 6 saylı tam orta məktəbin komandası II yerə, 2 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalar təşkilatçıların diplomları ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB