Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində AZAL səfərdə "Neftçi"nin qonağı olub. "Bakcell Arena"da keçirilən oyunu Əliyar Ağayev idarə edib. Onun köməkçiləri isə Zeynal Zeynalov, Rza Məmmədov və Nail Nağıyev olublar.
AZAL-ın start heyətində meydana Stanislav Namaşko, Rail Məlikov, Tural Hümbətov, Emin Cəfərquliyev, Müşfiq Teymurov, Tagim Novruzov, İlqar Ələkbərov, Murad Səttarlı, Ruslan Nəsirli, Kamal Mirzəyev və Aydın Qasımov çıxıb. "Təyyarəçilər"in ehtiyat oyunçular skamyasında isə Amil Ağacanov, Məhəmməd Bədəlbəyli, Kamil Hüseynov, İsmayıl İbrahimli, Rüfət Musayev, Elmin Çobanov və Tərlan Xəlilov yer alıb.
"Neftçi"nin ilk "11"liyində Aqil Məmmədov, Filyo Jairo Rodriges, Xuan Alberto Melli, Aylton Silva, Kamal Qurbanov, Ruslan Qurbanov, Erik Ramos, Rəhman Hacıyev, Fəhmin Muradbəyli, Kaue da Silva və Araz Abdullayev mübarizə aparıb. Flaqmanın ehtiyada olan oyunçularının siyahısında Miçal Peskoviç, Rahil Məmmədov, Məhəmməd Qurbanov, Əziz Quliyev, Samir Məsimov, Salas Quinta Antonio və Cavid İmamverdiyevin adı olub.
Oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. AZAL-ın müdafiəçiləri "Neftçi"nin bütün cəhdlərinin qarşısnı peşəkarlıqla alıblar. Komandanın müdafiədə imanlı oyunu əks hücumların daha da kəsərli qurulmasına şərait yaradıb. Matçın 29-cu dəqiqəsində Ruslan Nəsirli "təyyarəçilər"i hesabda önə çıxarıb-0:1. Bu qoldan sonra "Neftçi" hücumlarını daha da artırıb. Ancaq qonaqların müdafiə xətti meydan sahiblərinin hücumlarının məntiqi sonluqla başa çatmasına imkan verməyib. Rəqibini əks hücumlarda yaxalayan "təyyarəçilər" daha bir neçə dəfə qol vurmağa yaxın olublar.
Fasilədən sonra da AZAL gözəl oyun nümayiş etdirərək səfərdə üstün olmağı bacarıb. Belə ki, "Neftçi" bütün gücü ilə məğlubiyyətdən yaxa qurtarmağa çalşışsa da, Tərlan Əhmədovun yetirmələri meydan sahiblərinə heç bir şans verməyiblər. Qarşılaşma 0:1 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.
Bu qələbədən sonra AZAL turnir cədvəlində 19 xalla 7-ci pilləyə yüksəlib.
Turnir cədvəli:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB