Şahin Diniyev: "Futbolçular tapşırıqları yerinə yetirdilər" AÇIQLAMA

Şahin Diniyev: "Futbolçular tapşırıqları yerinə yetirdilər" AÇIQLAMA

"Sevinirəm ki, vəziyyəti elə də yaxşı olmayan meydançada yaxşı rəqibə qarşı görüşdə qələbə qazandıq". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Kəpəz" (0:1) qarşılaşmasından sonra qonaqların baş məşqçisi Şahin Diniyev deyib. O, qələbənin komandası üçün vacib olduğunu qeyd edib: "Çox vacib oyuna çıxmışdıq. Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi. Ardıcıl oyunlarda heç-heçələr etmişdik. Qələbə qazanmaq vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər. Taktiki cəhətdən bəzi dəyişikliklər etmişdik. Dəyişikliyin nə dərəcədə uğurlu alınıb-alınmayacağı məni narahat edirdi. Amma yekunda qələbə əldə edə bildik".

Bütün xəbərlər Facebook səhifəmizdə